Добро пожаловать
Вход

Yarasa (film, 1995)(azərbaycan dilində)

You need to have the Flash Player installed and a browser with JavaScript support.

Спасибо! Поделитесь с друзьями!

URL

Вам не понравилось видео. Спасибо за то что поделились своим мнением!

URL


Опубликовано на Admin В
46 Просмотры

Описание

Məzmun
Filmin süjetini iki sözlə belə ifadə etmək olar: kinoda ölüm. Mövzuya gəldikdə isə o belədir: kinodan ölüm. Filmin ideyası: kinonun ölümü
Filmin mövzusu təsadüfən yaranmayıb. Bu, rejissorun indiyə kimi kino haqqında, mədəniyyət haqqında olan düşüncələrəninnəticəsidir. Bu, rejissorun kinoya olan məhəbəti və nifrətidir. Hər bir adamın daxilində bu iki məfhum, bu hisslər ayrılmazdır. Bəs nəyə görə nifrət? Çünki kino insanı real həyatdan ayırır.
"Yarasa" tamaşaçıya həsr olunmuş kino əsəridir, daha doğrusu, sənət əsərinə tamaşa edən gözlər haqqındadır. Məhz buna görə də onun qəhrəmanı kor olur. Onun kor olması kinoya səsin gəlməsi ilə əlaqədardır. Kinoya səs gəlir...

Festivallar və mükafatlar
1)1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi
Kinolent ən yaxşıbədii filmə görə Mükafat və Priz almışdır.
Ən yaxşı təsvir həllinə görə quruluşçu operator Bağır Rəfiyevə və quruluşçu rəssam Şamil Nəcəfzadəyə Mükafat və Priz verilmişdir.
Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayevə Mükafat və Priz verilmişdir.
2)1995-ci ildə Soçidə Beynəlxalq "Kinotavr" kinofestivalı
Quruluşçu rejissor Ayaz Salayevə beynəlxalq kinoklublar təşkilatının Priz və Diplomu verilmişdir.
3)1996-cı ildə
Quruluşçu rejissor Ayaz Salayevə "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.
4)1996-cıildə Anje (Fransa) Ümumavropa debüt kinofestivalı
Filmə Baş mükafat və Diplom verilmişdir.
5)1996-cı ildə İsgəndəriyyə (Misir) Beynəlxalq kinofestivalı
Filmə festivalın ən yaxşı filmi kimi tənqidçilərin Xüsusi Prizi verilmişdir.

Film haqqında
Film dünya kinosunun 100illiyinə həsr olunmuşdur.
Film postmodernizm cərəyanı üslubunda çəkilib. Almaniyanın "Frank Furter Rundşau" qəzeti yazmışdır ki, "Yarasa" filminin quruluşçu rejissoru Ayaz Salayev postmodernizm cərəyanında yeni bir üslubun banisidir.
Filmdəki filmoqrafiya: "Qolem" (Almaniya, 1914, rejissor Paul Veqener), "Doktor Kaliqarinin Kabinəsi" (Almaniya, 1914, rejissor Robert Vine), "Gecəyə Qaçış" (Almaniya, 1920, rejissor Fridrix Vilhelm Murnau), "Mavi Mələk" (Almaniya, 1930, rejissor Cozef fon Şternberq), "Böyük Şəhərin İşıqları" (ABŞ, 1931, rejissor Çarlz Çaplin)
Filmdəki biblioqrafiya: Pedro Kalderon-"Kabus Qadın" (dram), Tomas Mann-"Tonio Kryoger" (hekayə), Şarlotta Bronte-"Ceyn Eyr" (roman), Ceffri Çoser-"Kenterberi Hekayələri", Cəfər Cabbarlı-"Sevil" (pyes), Vladimir Nabokov-"Qaranlıqda Gülüş" (roman), Sergey Eyzenşteyn-"Şüşə Ev" (ssenari üçün qeydlər), Bernard Şou-"Piqmalion" (pyes)

Ssenari müəllifi: Kamal Aslanov, Ayaz Salayev
Rejissor: Ayaz Salayev
Operator: Bağır Rəfiyev, Yuri Varnovski
Rəssam: Şamil Nəcəfzadə
Bəstəkar: Nazim Mirişli
Səs operatoru: Teymur Abdullayev
Montaj edən: Tamara Nərimanbəyova, Rəfiqə İbrahimova
Rollarda: Mariya Lipkina-Turan

Rasim Balayev-Ağabəy

Tolib Xamidov-Nuru
Janr: Dram
Dil: Azərbaycan dili(bir çox rus cümlələrindən istifadə edilmişdir.)
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "İnterturan" Konserni
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Rəngli(ağ-qara kadrlarla)
Vaxt: 80 dəq.
İl: 1995
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 9 hissə

2152 metr

35 mm

http://www.imdb.com/title/tt0111789

http://az.wikipedia.org/wiki/Yarasa_(film,_1995)

Показать больше

Написать комментарий

Комментарии

Комментариев нет.

RSS